Logo

Pedaqoji Universitetdə “Zəfər günü”  stendinin açılışı olub

17.11.2021 13:14 1191 baxış
IMG

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin foyesində silsilə tədbirlərin davamı olaraq Vətən müharibəsindəki tarixi qələbəmizi  özündə əks etdirən möhtəşəm “Zəfər günü”  stendinin açılışı olub. 

Tehsil.biz xəbər verir ki, açılışda universitetin rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor, prof. Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən prof. Mahirə Hüseynova, Tədris departmentinin müdiri dosent Sənan Əliyev, habelə  müəllim və tələbə heyəti  iştirak edib. 

Əvvəlcə layihənin rəhbəri prof. M.Hüseynova qonaqlara stend haqqında məlumat verib.

Tədbir boyu tələbələrin ifasında qələbə əzmli şeirlər, o cümlədən şəhid Xudayar Yusifzadənin ifasında səslənən “Vətən” mahnısı səsləndirilib.
Stenddə  işğaldan azad edilmiş rayonların tarixi abidələri, işğal və zəfər günlərini  əks etdirən  tarixlər, işğaldan azad olunan ərazilərin xəritəsi, anım və zəfər günlərinin, Vətən müharibəsinin  simgələri olan xarıbülbül və dəmir yumruq, həmçinin Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərkərdə təsviri öz əksini tapır. Qeyd edək ki, stenddə o cümlədən, Mahirə Nağıqızının “Salam Qarabağım!” şeiri əks olunub.

Açılışda nitq söyləyən prof. C.Cəfərov nümunəvi addıma görə öz təşəkkürünü bildirərək bu tip işlərin zəfər tariximizin təbliğində daşıdığı önəmi vurğulayıb.

Xəbər lenti